BAKI, 25 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Minnesota ştatının Minneapolis şəhərində immiqrant əleyhinə keçirilən əməliyyat zamanı baş verən atışmaya münasibət bildirib.
Teleqraf xəbər verir ki, Tramp federal agent tərəfindən vurulan kişiyə məxsus odlu silahın fotosunu paylaşıb və yerli polisin harada olduğunu və İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) həmkarlarını niyə qorumadıqlarını soruşub.
"Bəzi məlumatlara görə, polis əməkdaşlarına işlərini görməyə və federal agentləri qorumağa icazə verilmir. Bir vaxtlar Böyük Minnesota ştatından oğurlanan on milyardlarla dollar haradadır? Biz bu vəziyyətdə milyardlarla dollara başa gələn böyük maliyyə fırıldaqçılığı və demokratların açıq sərhəd siyasəti ilə ştata buraxılan qanunsuz cinayətkarlar üzündən yaşayırıq. Biz pulu geri istəyirik" - Tramp yazıb.
Ağ Ev rəhbəri iddia edir ki, ştatın meri və qubernatoru bomboş, təhlükəli və təkəbbürlü ritorikaları ilə sakinləri üsyana təhrik edirlər.
"Minnesota ştatından 12.000 qanunsuz immiqrant cinayətkar, onların çoxu zorakı olmaqla həbs olunaraq deportasiya edilib. Əgər onlar hələ də orada qalsaydılar, bu gün gördüklərinizdən daha pis bir şeylər görərdiniz!" - deyə prezident vurğulayıb.