BAKI, 25 yanvar. TELEQRAF

Litvanın Lazdiy rayonu ərazisində, Belarus sərhədinə yaxın Kapçiamyestis şəhəri yaxınlığında hərbi poliqonun tikintisinə etiraz edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Delfi" portalı məlumat yayıb.

Məlumata görə, Litvanın Lazdiy bələdiyyəsində briqada miqyaslı hərbi poliqonun yaradılması ilə bağlı qərar 2025-ci ilin dekabrında Dövlət Müdafiə Şurası tərəfindən qəbul edilib. Bu qərar yerli əhali arasında narazılığa səbəb olub.

Bildirilib ki, məhz bu səbəbdən bölgədə etiraz aksiyası təşkil olunub. Yerli sakinlər hərbi obyektin yaşayış məntəqələrinə və sərhəd bölgəsinə yaxın salınmasının təhlükəsizlik və ekoloji risklər yaratdığını bildiriblər.

Litva Müdafiə Nazirliyi isə məsələ ilə bağlı artıq yerli əhali ilə məsləhətləşmələrə başladığını açıqlayıb.