BAKI, 25 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların növbəti raundunun gələn həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Uitkoff bildirib ki, cümə və şənbə günləri ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən və BƏƏ-nin ev sahibliyi etdiyi görüşlər çox konstruktiv olub. Onun sözlərinə görə, müzakirələrin gələn həftə Əbu-Dabidə davam etdirilməsi ilə bağlı planlar razılaşdırılıb.

ABŞ prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, Tramp administrasiyası münaqişəyə son qoymaq niyyətindədir.