BAKI, 25 yanvar. TELEQRAF

ABŞ-də həftəsonu hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar 12 mindən çox aviareys ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.

Məlumata görə, şənbə günü 3 832 reys ləğv olunub. Bazar günü üçün planlaşdırılan daha 8 431 reys isə ümumiyyətlə həyata keçirilməyib.

Bundan əvvəl "ABC News" telekanalı bildirmişdi ki, ABŞ-nin azı 18 ştatında ekstremal soyuqlar və güclü qar yağışı təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.