BAKI, 18 yanvar. TELEQRAF
Almaniyanın Silahlı Qüvvələri (Bundesver) Qrenlandiyada həyata keçirilən missiya çərçivəsində qarşıya qoyulan tapşırıqların yerinə yetirildiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələri missiyasının nümayəndəsi, polkovnik-leytenant Peter Milevçuk "Funke" media qrupuna verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, əsas məqsəd təlim və hazırlıq təşəbbüsü çərçivəsində mövcud vəziyyəti öyrənmək olub. Onun sözlərinə görə, bu tapşırıq uğurla icra edilib.
Milevçuk Danimarkalı həmkarlarla əməkdaşlığı çox müsbət və konstruktiv kimi qiymətləndirib. O, alman hərbçilərinin əldə edilən nəticələrlə Almaniyaya qayıdacaqlarını vurğulayıb.