BAKI, 18 yanvar. TELEQRAF
İranda "Google" axtarış sistemi istifadəçilər üçün yenidən əlçatan olub.
Teleqraf xəbər verir ki, məlumatı TASS-ın Tehrandakı müxbiri yayıb.
Qeyd olunur ki, yanvarın 8-də axşam saatlarında İranda beynəlxalq internetin tamamilə kəsilmişdi.
Bundan əvvəl İslam Respublikası hakimiyyətinin SMS xidmətini yenidən aktivləşdirdiyi bildirilirdi. Eyni zamanda, bəzi istifadəçilər üçün internet bağlantısı da bərpa olunub.