BAKI, 18 yanvar. TELEQRAF
Niderlandın xarici işlər naziri David van Vil ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı irəli sürdüyü şərtləri şantaj kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə WNL məlumat yayıb.
Nazirin sözlərinə görə, ticarət rüsumlarından siyasi və ya hərbi təzyiq göstərmək məqsədilə istifadə edilməsi qəbuledilməzdir. Van Vil qeyd edib ki, bu cür addımlar beynəlxalq münasibətlərdə yolverilməz praktikadır.