BAKI, 13 yanvar. TELEQRAF

Britaniyada 16 yaşdan kiçik uşaqlara sosial mediadan istifadə qadağan edilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kir Starmer məlumat verib.

O, parlamentdə çıxışı zamanı uşaqların və yeniyetmələrin telefonlarda uzun vaxt keçirmələrindən narahatlığını ifadə edib.

Qadağanın nə vaxt qüvvəyə minməsi parlament müzakirələrindən asılıdır. Bu məsələ artıq bir neçə Avropa ölkəsində müzakirə olunur.