BAKI, 10 yanvar. TELEQRAF
Ermənistan Apostol Kilsəsinin bərpası işlərinə artıq 16 din xadimi qoşulub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.
"Müqəddəs Erməni Apostol Kilsəsinin yenilənməsinə qoşulmuş din xadimlərinin sayı artıq 16-ya çatıb", - Paşinyan qeyd edib.
Baş nazir islahatlarda iştirak edən və ya buna hazırlaşan bütün din xadimlərinin dəstəyini ifadə edib.