BAKI, 9 yanvar. TELEQRAF

İranın qərbindəki Lorestan əyalətində 8 yanvar iğtişaşlarında iştirak edən yeddi silahlı saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyasına hüquq-mühafizə orqanlarının əməkdaşı məlumat verib.

Agentliyin yayımladığı görüntülərdə iğtişaşçılardan müsadirə edilən odlu silahlar nümayiş etdirilib.