BAKI, 9 yanvar. TELEQRAF

Ucar şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.

Teleqraf xəbər verir ki, bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagirdlik yeni məktəb binasının inşasına başlanılıb.

Tikintisi 2025-ci ilin dekabrında başa çatan üçmərtəbəli məktəb 5 korpusdan ibarətdir. Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib.

Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi-hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları, açıq idman meydançası tədrisin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.