BAKI, 8 yanvar. TELEQRAF

Venesueladakı əməliyyatın Belarusda təkrarlanması mümkün deyil, çünki belə bir fövqəladə vəziyyət üçün bütün tədbirlər əvvəlcədən planlaşdırılıb.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Venesuela Prezidenti Nikolas Maduronun amerikalılar tərəfindən qaçırılmasını şərh edərkən verib.

Lukaşenkonun sözlərinə görə, mümkün fövqəladə hallar üçün vəzifələr ötən il respublika Təhlükəsizlik Şurasının iclasında müəyyən edilib.

“Qulaq asın, biz gələcəyə baxırıq, ona görə də Venesuela ssenarisi Belarusda real deyil. Hətta bu baş versə belə, bunun üçün hər şeyi planlaşdırmışıq”, - Belarus lideri bildirib.

Lukaşenko vurğulayıb ki, belə bir ssenarinin qarşısını almaq üçün bütün dövlət məmurları və cəmiyyət nümayəndələri öz məsuliyyətlərini dərk etməlidirlər.

Lukaşenko onu da deyib ki, Nikolas Maduronun həyat yoldaşı Siliya Floresə vətənində qalmaq imkanı təklif edilib: "Qadın dedi ki, xeyr, mən onunlayam.Bilirəm ki, Flores çox cəsarətli bir qadındır. Onu Amerikaya gətirdilər və narkotik qaçaqmalçılığında ittiham etdilər", - deyə dövlət başçısı bildirib.