BAKI, 8 yanvar. TELEQRAF

Fransada fermerlər parlamentinin aşağı palatasının qarşısında aksiya keçiriblər.

Teleqraf "Associated Press"ə istinadən xəbər verir ki, onlar traktorlarla Parisin mərkəzinə gələrək Avropa Birliyinin beş Cənubi Amerika ölkəsi ilə azad ticarət sazişi üzrə danışıqlar aparmaq planına etiraz ediblər.

Fransız fermerləri illərdir ki, Merkosur ölkələri - Braziliya, Argentina, Boliviya, Paraqvay və Uruqvayla bağlanan ticarət müqaviləsini qınayır və bunun fransız fermerlərinin dolanışıqlarına zərər verəcəyini iddia edirlər.

Cümə axşamı keçirilən etiraz aksiyası Kənd Təsərrüfatı Koordinasiya Birliyi tərəfindən təşkil edilib.

Torpaq sahibləri böyük bir polis dəstəsinin nəzarəti altında Fransa Milli Assambleyasının qarşısında toplaşıblar.

Daxili İşlər Nazirliyi bildirib ki, hakimiyyətin qadağasına baxmayaraq, təxminən 20 traktor Parisin mərkəzində, bəziləri Zəfər Tağı yaxınlığında, digərləri isə Eyfel Qülləsi tərəfdə toplaşıb.

Fransanın kənd təsərrüfatı naziri Anne Genard çərşənbə günü Fransanın Merkosur müqaviləsinə qarşı çıxdığını bir daha təkrarlayaraq, bunun mal əti və toyuq istehsalına, eləcə də şəkər, etanol , bal və digər sektorlara təhlükə yaratdığını bildirib.