BAKI, 8 yanvar. TELEQRAF
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-nin təhdidlərinə münasibət bildirərək ölkəsinin mövqeyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Prezidentin sözlərinə görə, ona qarşı istənilən addım birbaşa Kolumbiyaya qarşı yönəlmiş addım kimi qiymətləndiriləcək:
"Əgər Petroya toxunsalar, Kolumbiyaya toxunmuş olarlar. Kolumbiyaya toxunularsa, ölkə cavab verəcək. Tariximiz bunu sübut edir".
Q. Petro amerikalı həmkarı Donald Trampa da toxunaraq qeyd edib ki, Trampı müxtəlif cür xarakterizə etmək olar, lakin onu ağılsız adlandırmaq düzgün deyil:
"D. Tramp axmaq deyil. Onun haqqında çox şey demək olar, amma bunu yox".