BAKI, 8 yanvar. TELEQRAF

ABŞ Qrenlandiyanın raketdən müdafiə infrastrukturu baxımından kritik əhəmiyyətə malik olduğunu hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Jey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qrenlandiya təkcə ABŞ-nin deyil, bütün dünyanın milli təhlükəsizliyi üçün mühüm rol oynayır.

“Qrenlandiya yalnız bizim milli təhlükəsizliyimiz üçün deyil, ümumilikdə qlobal təhlükəsizlik baxımından həlledici əhəmiyyətə malikdir. Raketdən müdafiə infrastrukturunun böyük bir hissəsi məhz Qrenlandiyadan asılıdır”, – deyə Vens vurğulayıb.