BAKI, 8 yanvar. TELEQRAF
İranın Xorasan əyalətində üsyançıların polis bölməsinə hücumu nəticəsində beş nəfər ölüb.
Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Xorasan Rəzəvi əyalətinin qubernatorluq nümayəndəsi bildirib.
Xorasan Rəzəvi əyalətinin qubernatorluğunun təhlükəsizlik üzrə müavini Əmirullah Şamakdari bildirib ki, əyalətdə baş verən son iğtişaşlarda 23 polis məmuru və bir üsyançı yaralanıb. Yerli rəsmi bildirib ki, üsyançılar dünən axşam Çenaran polis bölməsinə hücum edərək divarlara dırmaşıblar və sonrakı toqquşmalarda beş nəfər ölüb.