BAKI, 9 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranda etirazçılar həlak olarsa, Vaşinqtonun Tehrana qarşı ciddi tədbirlər görəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə mətbuata müsahibəsində danışıb. Onun sözlərinə görə, əgər etirazlar zamanı ölənlər olarsa, ABŞ İrana qarşı çox güclü zərbə endirəcək.

ABŞ lideri açıqlamasında Vaşinqtonun İranda etirazların gedişini diqqətlə izlədiyini də vurğulayıb.