BAKI, 9 yanvar. TELEQRAF
“Əl-Nəsr”in ulduz futbolçusu Kriştianu Ronaldu karyerasında 958-ci qolunu vurub.
Teleqraf xəbər verir ki, 40 yaşlı portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının XIV turunda “Əl-Kadisiyə” ilə matçın 82-ci dəqiqəsində penaltidən fərqlənib.
Qarşılaşma “Əl-Nəsr”in 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.