BAKI, 8 yanvar. TELEQRAF

Bu gecə Rusiya Ukraynaya kütləvi hücum edə bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Bu gecə Rusiyanın daha bir kütləvi hücumu ola biləcəyi barədə məlumatlar var. Bu gün və sabah hava hücumu sirenlərinə diqqət yetirmək və daim sığınacaq axtarmaq çox vacibdir. Ruslar hava şəraitindən istifadə etməyə çalışırlar", - Zelenski qeyd edib.

O həmçinin bildirib ki, Rusiyanın infrastruktura hücumlarından sonra Dnepropetrovsk və Zaporojye bölgələrində elektrik enerjisi kəsilib, bərpa üçün bütün lazımi resurslar səfərbər edilib.