BAKI, 8 yanvar. TELEQRAF
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının ideal qurum olmadığını bildirib.
Teleqraf xəbər verir ki, onun sözlərinə görə, Avropa İttifaqı münaqişələr fonunda formalaşıb və bir vəd kimi yaranıb.
“Bu, əməkdaşlığın qarşıdurmadan, hüququn isə gücdən üstün tutulacağına dair vəddir. Bu prinsiplər təkcə Avropa İttifaqına deyil, həm də Qrenlandiyaya şamil olunur”, - deyə fon der Lyayen qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Almaniya, Fransa, Böyük Britaniya və digər Avropa ölkələrinin liderləri ABŞ-nin Qrenlandiya ilə bağlı iddialarına münasibət bildiriblər.