BAKI, 8 yanvar. TELEQRAF
Ukraynanın Odessa şəhərində rus şairi Aleksandr Puşkinin büstünün ABŞ Prezidenti Donald Trampın abidəsi ilə əvəzlənməsi üçün petisiya başladılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "Obşçestvennoye" televiziya kanalı məlumat yayıb.
"Socially Active Citizen" saytında Primorski bulvarındakı Puşkinin büstünün hazırkı ABŞ prezidenti Donald Trampın büstü ilə əvəz edilməsi təklifi ilə bağlı petisiya dərc olunub" - məlumatda qeyd olunur.
Odessa sakinlərinin Puşkinin abidəsinin götürülməsi ilə bağlı fikirləri birmənalı deyil. Ukraynada küçələrin adlarının dəyişdirilməsi, Sovet və Rusiya xadimlərinin abidələrinin götürülməsi 2015-ci ildən geniş vüsət alıb. 2022-ci ildə Odessada imperatriça və onun tərəfdarlarının abidəsi sökülüb, abidənin yerləşdiyi meydanın adındakı "Yekaterina" sözü "Avropa" ilə əvəzlənib.