BAKI, 8 yanvar. TELEQRAF

Venesuela nefti bu ölkənin xalqına məxsusdur.

Teleqraf xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi sözçüsü Stefan Dujarrik bildirib.

Dujarrik qeyd edib ki, Venesuela nefti Venesuela xalqına məxsusdur: "Necə ki, istənilən ölkənin təbii sərvətləri həmin ölkənin xalqına məxsusdur, Venesuela, Suriya nefti də bu ölkələrin xalqlarına aiddir".