BAKI, 7 yanvar. TELEQRAF

Tramp administrasiyası Minnesotada miqrasiya əməliyyatlarını genişləndirir.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Minnesotada miqrantlara qarşı əməliyyatları genişləndirərək ştata əlavə 2 minə yaxın immiqrasiya və daxili təhlükəsizlik agenti göndərməyə hazırlaşır.

ABŞ Miqrasiya və Gömrük Mühafizəsi (ICE) sosial şəbəkədə yaydığı açıqlamada bu əməliyyatı agentliyin indiyədək həyata keçirdiyi ən iri miqyaslı əməliyyat adlandırıb. Bildirilib ki, qeyri-qanuni miqrasiya və saxtakarlıqda şübhəli bilinən şəxslər hədəfə alınacaq.

Media məlumatlarına görə, əməliyyat 30 gün davam edəcək.