BAKI, 7 yanvar. TELEQRAF
Ukrayna ordusuna çağırış yaşını 25-dən 22-yə endirə bilər.
Teleqraf xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrində kadr çatışmazlığı probleminin həlli üçün bu addım atılacaq.
Hazırda Ukraynada səfərbərlik üçün minimum yaş həddi 25-dir.
Dekabrın 4-də Ali Radanın Milli Təhlükəsizlik Komitəsinin katibi Roman Kostenko bildirib ki, Ukraynada səfərbərlik artırılmalıdır, çünki mövcud çağırış səviyyəsi ordunun ehtiyaclarını ödəmək üçün kifayət deyil.
Hazırda ölkədə ayda təxminən 30 min nəfər çağırışçı var ki, bu da Silahlı Qüvvələrin yenidən qurulmasına kifayət etmir.