BAKI, 8 yanvar. TELEQRAF
“Karvan” qrupunun yaradıcısı klip rejissoru, prodüser Sevinc Kərimova 70 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə mərhumun ailə üzvləri sosial şəbəkədə məlumat yayıb.
Sevinc Kərimova uzun müddət ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bir müddət öncə vətənə dönüb.
Sevinc Kərimova ötən gün Dövlət başçısının imzaladığı Sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.