BAKI, 8 yanvar. TELEQRAF
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Kolumbiya prezidenti Qustavo Petro ilə Ağ Evdə görüşmək niyyətindədir.
Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə kolumbiyalı həmkarı ilə telefon danışığının yekununda açıqlama verib.
Tramp Petro ilə telefon söhbətini və danışığın tonunu yüksək qiymətləndirdiyini bildirib.
“Yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm”, p deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, telefon danışığı zamanı narkotiklərlə bağlı vəziyyət, eləcə də iki ölkə arasında mövcud olan digər fikir ayrılıqları müzakirə olunub.