BAKI, 8 yanvar. TELEQRAF
ABŞ prezidenti Donald Tramp 2027-ci il üçün ölkənin hərbi büdcəsinin 1,5 trilyon dollar səviyyəsində formalaşdırılmalı olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
O, hərbi xərclərin artırılmasını dünyada yaranmış son dərəcə narahatedici və təhlükəli zamanlara görə vacib hesab edir.
“2027-ci il üçün hərbi büdcə 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olmalıdır”, - Tramp bildirib.