BAKI, 8 yanvar. TELEQRAF

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Parisdə keçirilən görüşdə iştirak edən “koalisiya istəyənlər”in Rusiya ilə mümkün münaqişəyə doğru yeni addım atdığını bildirib.

Teleqraf xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Ukraynada hərbi mövcudluğun təmin edilməsinə çalışan Qərbi Avropa ölkələri birbaşa Rusiya ilə müharibə riskini artırır.

Siyarto vurğulayıb ki, bu cür təşəbbüslər Avropanın təhlükəsizliyinə xidmət etmir, əksinə gərginliyi daha da dərinləşdirir.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynaya qoşun göndərilməsi məsələsini parlamentdə səsverməyə çıxarmağı planlaşdırdığını açıqlamışdı.