BAKI, 8 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela neft satışına dair yeni razılaşmadan əldə edəcəyi vəsait hesabına yalnız ABŞ istehsalı olan məhsulları alacaq.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, söhbət əsasən Amerika kənd təsərrüfatı məhsullarından, dərman preparatlarından və enerji sistemləri üçün avadanlıqlardan gedir.
“Az əvvəl mənə məlumat verildi ki, Venesuela yeni neft razılaşmamızdan əldə olunan vəsaitlə yalnız Amerika istehsalı olan məhsulları alacaq. Başqa sözlə, Venesuela ABŞ ilə əsas ticarət tərəfdaşı kimi işləməyi öhdəsinə götürür. Bu, müdrik seçimdir və Venesuela ilə ABŞ xalqları üçün çox yaxşıdır”, – deyə Tramp qeyd edib.