BAKI, 6 yanvar. TELEQRAF

Demokratlar Partiyası Ukrayna hakimiyyətinə korrupsiyanın qəbuledilməzliyi barədə xəbərdarlığımdan sonra məni impiçment etməyə çalışıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp respublikaçılarla görüşdə bildirib.

Amerika lideri 2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığını xatırladıb. Tramp məqsədinin potensial sui-istifadə hallarının qarşısını almaq olduğunu vurğulayıb.

"Ukraynaya fırıldaq etməməyi dedim. Əgər hər hansı bir fırıldaq görsəniz, bunu ABŞ Baş Prokuroruna bildirin. Zəngimin əsas məqsədi də budur. Dedilər ki, guya mən onları qorxutmağa çalışıram", - Tramp deyib.