BAKI, 6 yanvar. TELEQRAF
Yelisey Sarayında "könüllülər koalisiyası"nın görüşü başlayıb.
Teleqraf xəbər verir ki, bundan əvvəl Ukrayna və Fransa prezidentləri arasında ikitərəfli görüş keçirilib. Ukrayna dövlət başçısının sözlərinə görə, iki liderin müzakirələri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə yönəlib.
"Könüllülər koalisiyası"nın iclasında 27 ölkənin lideri, Avropa Komissiyası və Şurasının prezidentləri Ursula fon der Leyn və António Kosta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas, NATO-nun baş katibi Mark Rute və Müttəfiq Qüvvələrinin Avropa komandanı Aleksus Qrinkeviç iştirak edir. Türkiyə isə görüşdə xarici işlər naziri səviyyəsində təmsil olunur. Avstriya, İrlandiya və Kiprin də iştirakı planlaşdırılır.
Ukrayna mediasının yazdığına görə, müzakirələrdə Avstriya, Yaponiya və Yeni Zelandiya səfirləri ilə təmsil olunacaq.
Bugünkü müzakirənin əsas mövzusu Ukrayna üçün təhlükəsizlik zəmanətləridir. "Könüllülər koalisiyası"nın Baş Qərargah rəisləri dünən də atəşkəsdən sonra Rusiyanın hərbi müdaxiləsinin təkrarlanmasının qarşısını almaq üçün Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini gündəmə gətiriblər.