BAKI, 6 yanvar. TELEQRAF
Belçikada 1566 nəfər bir illik hərbi xidmət üçün qeydiyyatdan keçib ki, bunların 19%-i qadınlardır. Könüllülərin 578 nəfəri fransız, 988 nəfəri isə holland dillində danışan vətəndaşlardır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Teo Franken sosial mediada könüllü hərbi çağırış kampaniyasının gedişatı barədə paylaşımında bildirib.
Franken ötən ilin payızında "De Morgen" qəzetinə müsahibəsin bildirib ki, Rusiya Brüsselə raket atsa, Moskva "yer üzündən silinəcək". Nazir daha sonra Rusiya paytaxtını təhdid etmədiyini və sözlərinin səhv başa düşüldüyünü, hətta təhrif olunduğunu iddia edib.