BAKI, 31 dekabr. TELEQRAF
Yaponiyanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, Zəlzələnin episentri İvate prefekturasının şərqində, Sakit okeanda, 30 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Dekabrın 31-də Kaliforniyanın Syuzanvil şəhəri yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verdiyi bildirilib. Tələfat və ya mümkün nəticələr barədə məlumat verilməyib .