BAKI, 31 dekabr. TELEQRAF
Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin telefon danışığı aparıblar.
Teleqraf xəbər verir ki, liderlər Rusiya prezidentinin iqamətgahına dron hücumunu, eləcə də digər cari məsələləri müzakirə ediblər.
Putin və Lukaşenko həmçinin Yeni ildən sonra qarşıdan gələn görüşlər və birgə tədbirlər barədə razılığa gəliblər.
Putinin iqamətgahına dron hücumu ilə bağlı şərh verən Lukaşenko bildirib ki, dost olmayan ölkələr Rusiya prezidentinə qarşı terror aktı hazırlaya bilərlər.
Rusiya KİV xəbər verir ki, dekabrın 29-u gecəsi Ukrayna Silahlı Qüvvələri Putinin iqamətgahına hücum etməyə cəhd etdi. Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücumda hər hansı bir iştirakını təkzib edib.