BAKI, 31 dekabr. TELEQRAF

Fransa gələn il sentyabrın 1-dən etibarən 15 yaşından kiçik yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qadağan etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Franceinfo” portalı müvafiq qanun layihəsinin mətninə istinadən məlumat yayıb.

Məlumata əsasən, qanun layihəsinin parlamentdə müzakirəsi yanvarın əvvəlində keçiriləcək. Sənəddə iki əsas təklif yer alıb. Təkliflərdən biri 15 yaşına çatmayanlar üçün sosial şəbəkələrə girişin qadağan olunmasını, digəri isə orta məktəblərdə mobil telefonlardan istifadənin məhdudlaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Fransada 2018-ci ildən etibarən məktəbəqədər təhsil müəssisələrindən başlayaraq orta məktəb səviyyəsinədək dərs zamanı mobil telefonlardan istifadə qadağandır.