BAKI, 30 dekabr. TELEQRAF

Ukraynanın sabiq baş naziri Nikolay Azarov ABŞ Ukraynada korrupsiya qalmaqalına görə Volodimir Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermakın, iş adamı Timur Mindiçin və digər fiqurantların təhvil verilməsini tələb edə biləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Azarov “Rossiya-24” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, proseslər Zelenskinin demək olar ki, bütün yaxın ətrafının ya ciddi şəkildə kompromatlaşdırılmasına, ya da həbs olunmasına doğru gedir. Azarov qeyd edib ki, ABŞ federal büdcəsinə məxsus vəsaitlərin mənimsənilməsi faktları üzrə ittiham irəli sürmək üçün kifayət qədər sübut mövcuddur.

Sabiq baş nazirin iddiasına görə, ABŞ Prezidenti Donald Tramp bu məsələni Avropa liderləri Kir Starmer, Fridrix Merts və Emmanuel Makron qarşısında da qaldıra bilər. Azarov bildirib ki, mövcud materiallar Zelenskinin və onun ətrafının əsl simasınıortaya qoymaq üçün yetərlidir.

Qeyd edək ki, noyabrın 10-da Ukraynanın antikorrupsiya qurumları energetika sahəsində iri korrupsiya sxeminin ifşası məqsədilə “Midas” adlı genişmiqyaslı əməliyyata başladıqlarını elan ediblər.