BAKI, 29 dekabr. TELEQRAF
ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə cəbhədə döyüşlərə ara verməyi tövsiyə edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Uşakov qeyd edib ki, dekabrın 29-da Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib ki, 28 dekabrda Zelenski ilə görüşdə Kiyevin münaqişənin yekun həlli üçün real addımlar atması və müvəqqəti atəşkəs tələblərinin arxasında gizlənməməsini təklif edib.
"Zelenskiyə bildirilib ki, atəşkəsdən silahlı qüvvələrin toparlanması üçün fürsət kimi yararlanmasın. Əksinə, silahlı münaqişəyə son qoyacaq real razılaşmanın əldə edilməsinə diqqət yetirmək tövsiyə olunub" - Uşakov bildirib.
Uşakov həmçinin qeyd edib ki, Tramp Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına hücum cəhdindən qəzəblənib.
Dekabrın 29-da Putin və Tramp Ukrayna böhranının həlli ilə bağlı telefon danışığı aparıblar. Tramp söhbəti "yaxşı və məhsuldar" adlandırıb.