BAKI, 29 dekabr. TELEQRAF
Çin İsrailin Somalilandın rəsmi olaraq müstəqil suveren dövlət kimi tanınmasına və onunla diplomatik münasibətlər qurmaq barədə müqavilə imzalamasına qəti qarşıdır.
Teleqraf xəbər verir ki, bu barədə “Sinxua” agentliyinin məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bildirib ki, Pekin Somalinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və onun ərazi bütövlüyünü pozan hər hansı bir hərəkətə qarşı çıxır.