BAKI, 29 dekabr. TELEQRAF
Somali Prezidenti Hasan Şeyx Mahmud Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə dekabrın 30-da Türkiyəyə səfər edəcək.
Teleqraf xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" platformasında məlumat verib.
"Görüşlərdə Türkiyə ilə Somali arasındakı ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq. Habelə, keçiriləcək görüşlərdə Somalinin terrorizmə qarşı mübarizədəki rolu, Somali Federal Hökumətinin milli birliyi təmin etmək istiqamətində atdığı addımlar və regional inkişaf da müzakirə olunacaq", - deyə məlumatda qeyd edilib.