BAKI, 29 dekabr. TELEQRAF

Türkiyənin tanınmış jurnalisti Fatih Altaylı azadlığa çıxıb.

Bu barədə Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir.

Belə ki, Altaylının vəkilləri tərəfindən yerli məhkəmənin 4 il 2 aylıq həbs qərarından verilən apellyasiya şikayətinə Regional Məhkəmədə baxılıb. Məhkəmə jurnalistin azadlığa buraxılması barədə qərar çıxarıb.

Qeyd edək ki, F.Altaylı “prezidenti hədəf alan hədələyici ifadələr” ittihamı ilə həbs edilmişdi.