ABŞ Prezidenti Donald Tramp sülhməramlı müşahidə missiyası çərçivəsində Qəzza sektorunda türkiyəli hərbçilərin yerləşdirilməsini dəstəkləyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahında İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdə bildirib.
Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin əla olduğunu vurğulayıb.
"Biz bunu müzakirə edəcəyik, düşünürəm ki, yaxşıdır... Türkiyə və onun lideri əladır. Mənim üçün Ərdoğan həmişə çox yaxşı olub. Benyamin Netanyahu ilə bu mövzunu da müzakirə edəcəyik. Türkiyə haqqında danışacağıq. Türkiyə bizim üçün çox yaxşı bir müttəfiqdir. Ərdoğanla görüşəcəyəm, onunla çox yaxşı münasibətim var”, - Tramp bildirib.