BAKI, 29 dekabr. TELEQRAF

"ABŞ Prezidenti Donald Tramp Kiyevə "Tomahavk" raketləri verməməsinə sevinib. Tramp Putinlə telefon danışığında deyib. Nə yaxşı ki, Ukraynaya uzaqmənzilli "Tomahavk" qanadlı raketləri verməyib".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakov qeyd edib ki, Tramp Kiyev rejiminin Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına dronlarla hücum etmək cəhdi barədə məlumatlandırılıb.

“Bu, şübhəsiz ki, Zelenski ilə işləmək kontekstində ABŞ-nin yanaşmalarına təsir edəcək. Trampın özünün də dediyi kimi, Allaha şükür ki, hazırkı administrasiya ona "Tomahavk" verməyib”, - deyə o bildirib.