Latviya-Rusiya sərhədində təxminən 280 kilometr uzunluğunda hasar çəkilib. Latviya gələn ilin sonuna qədər bütün sərhədin texnoloji infrastrukturla təchiz edilməsini başa çatdırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, Latviya həmçinin Rusiya sərhədi yaxınlığında hərbi hazırlıqlarını artırıb.
Dekabrın 27-də Rusiyanın Riqadakı müvəqqəti işlər vəkili Dmitri Kasatkin sözlərinə görə, Latviya, Litva , Estoniya və Polşa da daxil olmaqla NATO tərəfdaşları ilə birlikdə Rusiya və Belarusla sərhədlərdə "vahid inteqrasiya olunmuş istehkam sistemi" - Baltik Müdafiə Xətti yaratmağa hazırlaşır: "Bütün bunlar Rusiya təhdidi bəhanəsi ilə edilir".