BAKI, 29 dekabr. TELEQRAF

Yanvarın 1-dən etibarən Ermənistan və Türkiyə vətəndaşlarının diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza proseduru sadələşdiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər iki ölkənin diplomatik, xidməti və xüsusi pasport sahibləri 2026-cı il yanvarın 1-dən etibarən ödənişsiz şəkildə elektron viza (e-viza) ala biləcəklər.

"Bu münasibətlə Türkiyə və Ermənistan iki ölkə arasında normallaşma prosesini heç bir ön şərt irəli sürmədən davam etdirmək öhdəliklərini bir daha təsdiqləyirlər", - məlumatda qeyd edilib.