BAKI, 29 dekabr. TELEQRAF

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 50 azyaşlı şəhid övladı üçün Yeni il şənliyi keçirilib.

Animatorlar, Şaxta Baba, Qar qız və digər maraqlı personajların iştirakı ilə keçən şənlik azyaşlı şəhid övladları tərəfindən maraqla qarşılanıb. Yeni il şənliyi uşaqlara xoş əhval-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb.

Tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.