BAKI, 29 dekabr. TELEQRAF
Rusiya ABŞ Prezidenti Donald Trampın Ukraynada sülhün əhəmiyyətli dərəcədə yaxınlaşdığı barədə fikri ilə razıdır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, yaxın zamanda Rusiya Prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutacaq:
"Çox yaxın zamanda".