GORANBOY, 29 dekabr. TELEQRAF
Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Nizami kənd sakini, 1965-ci il təvəllüdlü Səbirə Həmədova,1990- cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərləniblər. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.