BAKI, 29 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı gündəmdə deyil.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda belə bir danışıqdan söhbət getmir", - Kremlin nümayəndəsi müvafiq suala cavab olaraq qeyd edib.

Bundan əvvəl "FOX News" xəbər verib ki, ötən gün V. Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan görüşdən sonra Zelenski Tramp vasitəsilə 5 ildən sonra Putin ilə telefon danışığı apara bilər.

Qeyd edək ki, Putin və Zelenski arasında son telefon danışığı 26 iyul 2020-ci ildə baş tutub.