BAKI, 27 dekabr. TELEQRAF

Bu gün axşam saatlarında Moskvaya 26 dron hücumu qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Max" messenger kanalında bildirib.

Merin sözlərinə görə, dronlar havada vurulub və təcili yardım xidmətlərinin mütəxəssisləri dronun qalıqlarının düşdüyü yerə gəliblər.

"2,5 saat ərzində 26 dron Moskvaya hücum edib. Hücumlar səbəindən Moskvanın Şeremetyevo və Vnukovo hava limanlarında uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb" - deyə, məlumatda qeyd olunur.