“Fənərbağça” İdman Klubu ictimaiyyətdə formalaşan bəzi yanlış təsəvvürləri aradan qaldırmaq məqsədilə rəsmi internet saytı vasitəsilə açıqlama yayıb.

Teleqraf "TRTHaber"ə istinadən xəbər verir, klub rəhbərliyi məsələ ilə bağlı ictimaiyyətdə yaranan yanlış anlaşılmalara aydınlıq gətirib.

Bəyanatda bildirilir ki, davam edən proseslə bağlı düzgün məlumatlandırmaya ehtiyac yaranıb. Açıqlamada qeyd olunub ki, klubun prezidenti Sadettin Saran davam edən məhkəmə prosesi çərçivəsində, aidiyyəti qurumların yönləndirməsi və nəzarəti altında öz şəxsi avtomobili ilə Maslak İl Jandarma Komandanlığına gedib.

Klub vurğulayıb ki, proses başlanğıcdan etibarən son dərəcə sakit və mədəni şəkildə aparılıb. Müvafiq qurumlar tərəfindən prezidentə bütün zəruri şərait yaradılıb və Sadettin Saran prosesin hər mərhələsində konstruktiv və məsuliyyətli mövqe nümayiş etdirib.

Açıqlamada həmçinin bildirilib ki, bu mərhələdə ədalət sisteminə etibar etmək və təmkinli davranmaq hər bir “Fənərbağça” azarkeşindən xahiş olunur.